Fotoreportaj|Video|На русском

Boks

Baku Fires ciddi sınaq qarşısında

13 mart 2014 14:55
Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubunun 1/4 finaldakı rəqibi məlum olub. Azerisport.az xəbər verir ki, “B” qrupunda 4-cü yeri tutan komandamız “A” qrupunu lider kimi başa vurmuş İtaliyanın “Dolce Gabbana İtalia Thunder” klubu ilə qarşılaşacaq.
İtaliya təmsilçisi 26 xal toplayaraq, Ukrayna komandasını 1 xal qabaqlayıb. “İtalia Thunder” 2011/2012-ci illər mövsümündə WSB liqasının qalibi olub. Komanda ötən çempionatda yarımfinala kimi irəliləsə də, “Ukraine Otamans”la mübarizədən məğlub ayrılıb. “Baku Fires” və “İtalia Thunder” 2011/2012-ci illər mövsümündə yarımfinalda üz-üzə gəliblər. Səfərdə 0:5 hesabı ilə uduzan komandamız Bakıda 3:2 hesabı ilə qələbə qazansa da, bu heç nəyi dəyişməyib.
İtaliya komandasının 52 kq çəki dərəcəsində liderləri Vinçenzo Pikardi və Endryu Selbidir. Uelsli Selbi 2 qat Avropa çempionu olmaqla yanaşı, 2 dəfə də dünya çempionatlarında gümüş və bürünc medal qazanıb. Pikardi Pekin Olimpiadasının bürünc mükafatçısı olub.
60 kq çəki dərəcəsində son dünya çempionatının gümüş mükafatçısı braziliyalı Robson Konseysao və dünya və Avropa çempionu Domeniko Valentinonu qeyd etmək olar.
69 kq çəki dərəcəsinin lideri London Olimpiadasının bürünc mükafatçısı Vinçenzo Manqapredir.
75 kq çəki dərəcəsində “birinci nömrə” Bakıda keçirilən dünya çempionatının bürünc və son Avropa çempionatının gümüş mükafatçısı rumıniyalı Boqdan Juratonidir. Bu çəkidə fransalı Mişel Tavares də kifayət qədər tanınmış boksçudur.
81 kq çəki dərəcəsinin liderləri əlcəzairli Abdelhafid Bençabla və hollandiyalı Avropa çempionatının mükafatçısı Peter Mullenberqdir.
91 kq çəki dərəcəsində Teymur Məmmədovun yaxşı tanıdığı Klemente Russo diqqəti cəlb edir. Olimpiya oyunlarının mükafatçısı, dünya çempionu olan italiyalı boksçu “İtalia Thunder”in lideridir. O, iki dəfə Məmmədovla qarşılaşıb və hər iki döyüşdə qələbə qazanıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk görüşü martın 29-da Azərbaycanda, səfər qarşılaşması isə aprelin 4-də İtaliyada olacaq. Digər görüşlərə gəlincə, “Astana Arlans” Almaniya ilə, “Ukraine Otamans” Rusiyayla, USA Knockouts isə “Cuba Domaderos”la üz-üzə gələcək. “Baku Fires”lə “İtalia Thunder” arasında olacaq ilk döyüşdə çəkisi 49, 56, 64, 75 və 91 kq olan boksçular rinqə çıxacaq. Cavab görüşündə isə digər çəkilər.
(ABF mətbuat xidməti)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah