Baku Fires İtaliya klubuna rəqib oldu
13 mart 2014 10:55
"Baku Fires" boks klubunun Ümumdünya Boks Seriyasının pley-off görüşündə rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, "Baku Fires" 1/4 finalda İtaliyanın "Dolce Gabanna İtalia Thunder" klubu ilə mübarizə aparacaq.
İlk görüş martın 29-da Qubada olacaq. Cavab görüşü aprelin 4 və ya 5-də İtaliyada keçiriləcək.