Fariz Məmmədov parlaq qələbə qazandı
16 mart 2014 11:22
Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov martın 15-də növbəti döyüşünü keçirib. Azerisport.az xəbər verir ki, Almaniyanın Şenberq şəhərində baş tutan reytinq xarakterli döyüşdə boksçumuzun rəqibi mərakeşli Samir Boukrara olub.
Cəmi 2 raund sürən döyüş Fariz Məmmədovun parlaq qələbəsi ilə yekunlaşıb. Boksçumuzdan 2-ci raundun əvvəlində ağır zərbə alan Boukrara döyüşü davam etdirə bilməyib və nokaut qeydə alınıb.
Xatırladaq ki, Fariz Məmmədovun növbəti döyüşü revanş xarakterli olacaq. O, ötən ilin sonunda Qəbələdə üz-üzə gəldiyi almaniyalı Matias Pelklə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın may və ya iyun ayında keçirilməsi nəzərdə tutulub.
(Klub saytı)