Baku Fires - Italia Thunder: heyətlər məlumdur
22 mart 2014 19:19
Martın 29-da 19:00-da Quba Olimpiya İdman Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin ilk görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın Baku Fires klubu İtaliyanın “Dolce Gabbana Italia Thunder” komandasını qəbul edəcək.
İtaliya təmsilçisi 26 xalla A qrupunu 1-ci yerdə başa vurub. “Baku Fires” isə 18 xalla B qrupunda 2-ci olub.
Komandaların heyətləri:
Komandaların heyətləri:
Baku Fires - Italia Thunder
49 kq. Xamza Nametov - Mark Antoni Bariqqa
56 kq. Məhəmməd Qurbanov- Xedafi Djelkhir
64 kq. Heybətulla Hacəliyev- Renato de Donato
75 kq. Xaybula Musalov- Boqdan Juratoni
91 kq. Əbdülqədir Abdullayev - Klemente Russo
49 kq. Xamza Nametov - Mark Antoni Bariqqa
56 kq. Məhəmməd Qurbanov- Xedafi Djelkhir
64 kq. Heybətulla Hacəliyev- Renato de Donato
75 kq. Xaybula Musalov- Boqdan Juratoni
91 kq. Əbdülqədir Abdullayev - Klemente Russo
Qonaq komandanın heyətində heç şübhəsiz ki, ən tanınmış sima Klemente Russodur. 31 yaşlı boksçu dəfələrlə müxtəlif yarışlarda milli komandamızın üzvü Teymur Məmmədovla qarşılaşıb. Bu dəfə isə onun rəqibi Azərbaycan çempionu Abdulqadir Abdullayev olacaq. 2 qat dünya çempionu, 2 dəfə Olimpiya oyunlarının gümüş mükafatını qazanmış italiyalı boksçu artıq karyerasının son illərini yaşayır. Ancaq Russo bu mövsüm üç döyüşün ikisində qalib gəlib. O, yalnız Belarus idmançısı Sergey Karneyevə uduzub.
Xaybula Musalovla Boqdan Juratoninin də döyüşü maraq doğurur. Rumıniyalı boksçu 2011-ci ildə Bakıda keçirilən dünya çempionatının bürünc mükafatçısı olub. Juratoni ötən il Minskdəki qitə çempionatında isə yalnız finalda uduzub. Cari mövsümdə WSB liqasında yalnız bir görüş keçirmiş Musalov rəqibi məğlub edə biləcək gücdədir.
56 kq çəki dərəcəsində döyüşəcək Xedafi Djelkhir də azərbaycanlı boks həvəskarlarına yaxşı tanışdır. O, 2008-ci ilin Pekin Olimpiadasında yarımfinalda Şahin İmranovla qarşılaşıb. Ancaq həmyerlimiz zədə aldığından döyüşü sonadək davam etdirə bilməyib. 30 yaşlı fransalı boksçu bir ara peşəkar rinqdə də özünü sınayıb. Hətta WBO versiyası üzrə İnterkontinental kəmərə də yiyələnib.
Filippinli Barriqa kimi Djelkhir də bu mövsüm hər 3 döyüşünü qələbə ilə başa vurub.
“Baku Fires”lə “Italia Thunder” arasında cavab qarşılaşması aprelin 5-də keçiriləcək.
1/4 final mərhələsinin digər görüşlərində Almaniya komandası “Astana Arlans”ı, Rusiya “Ukraine Otamans”ı, USA Knockouts “Cuba Domaderos”u qəbul edəcək.