Nuripaşa Talıbov: Yarımfinala vəsiqəni Milanda qazanmalıyıq
30 mart 2014 13:13
"Baku Fires" klubunun baş məşqçisi Nuripaşa Talıbov azerisport.az saytına açıqlamasında Ümumdünya Boks Seriyasında 1/4 final mərhələsinin ilk görüşündə Italia Thunder klubu üzərində 5:0 hesablı qələbədən danışıb:
"Bu qələbə bizə çox vacib idi. Səfər matçında inamla gedəcəyik. Arxayınlaşmaq olmaz. Komanda yarımfinala vəsiqəni Milanda qazanmalıdır. Bizə səfərdə də qələbə lazımdır. Ona görə maksimum nəticə barədə düşünürük. Italia Thunder komandası yaxşı boksçulara malikdir. Ona görə cavab görüşünə diqqətlə hazırlaşmaq lazımdır".