Məcidov yarımfinalda Baku Fires-ə qoşulacaq
30 mart 2014 14:22
Boks üzrə ikiqat dünya çempionu, Avropa çempionatının qalibi Məhəmmədrəsul Məcidov Ümumdünya Boks Seriyasında "Baku Fires" komandasına kömək edəcək. Bu barədə Məcidov azerisport.az saytına açıqlamasında deyib:
"Artıq məşqlərə başlamışam. Səhhətimdə heç bir problem yoxdur. Yarımfinal mərhələsində məşqçilər lazım bilsə komandaya kömək etməyə hazıram. Cari il əsas məqsəd, "Baku Fires" kömək etmək və AIBA-nın APB yarışlarında iştirak etməkdir".