APB Bakıda start götürəcək
30 mart 2014 15:22
AIBA-nın yeni layihəsi olan APB - AIBA Peşəkar Boks turniri yayda start götürəcək. Azerisport.az xəbər verir ki, ilk mərhələnin görüşləri iyunun 19-da Bakıda olacaq.
Bu mərhələdə görüşlər 6 raunddan ibarət olacaq. Qeyd edək ki, peşəkar boks qaydaları ilə keçiriləcək turnirdə ölkəmizin 4 boksçusu iştirak edə bilər. APB Azərbaycan Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov, Cavid Çələbiyev və Fariz Məmmədovla müqavilə imzalayıb.