Françesko Damiani: Baku Fires üçün İtaliya səfəri asan olmayacaq
5 aprel 2014 16:33
İtaliyanın RAI Sport kanalı bu gün keçiriləcək “Baku Fires” - “Italia Thunder” boks klublarının 1/4 final mərhələsinin cavab mərhələsindəki görüşü ilə bağlı reportaj yayımlayıb. Azerisport.az xəbər verir ki, süjetdə İtaliya təmsilçisinin baş məşqçisi Françesko Damianinin cavab görüşü ilə bağlı fikirləri yer alıb:
“Azərbaycandakı məğlubiyyəti unutmalıyıq. Boksçulara demişəm ki, heç bir faciə baş verməyib. Hər şeyi düzəltməyə vaxtımız var. Ona görə də rinqdə mübarizə aparmaq lazımdır. Bizim şanslarımız az deyil. “Baku Fires” üçün İtaliya səfəri asan olmayacaq”.