İlk qələbə Məsud Yusifzadədən gəldi
14 aprel 2014 19:22
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə gənclər arasında dünya birinciliyinə start verilib. Azeripsrot.az xəbər verir ki, boksçularımızdan bu gün yalnız Məsud Yusifzadə (52 kq) rinqə çıxıb.
Gənclər arasında Avropa birinciliyinin mükafatçısı yaponiyalı Kantaro Juri üzərində qələbə qazanıb. Həmyerlimiz 1/16 final mərhələsində Kanada təmsilçisi Adrian Halfordla üz-üzə gələcək.
Sabah boksçularımızdan Tayfur Əliyev (56 kq) və Orxan Əliyev (60 kq) rinqə çıxacaqlar. Tayfur yaponiyalı Araşi Morisaka ilə, Orxan isə serbiyalı Florian Saboyla üz-üzə gələcək.
Yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan yarışa aprelin 24-də yekun vurulacaq.