Tayfur Əliyev mübarizəni dayandırdı
15 aprel 2014 17:00
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə gənclər arasında dünya birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, yarışların ikinci günündə ilk olaraq 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev rinqə çıxıb.
Təəssüf ki, həmyerlimiz Yaponiya boksçusu Araşi Morisakaya uduzaraq, dünya birinciliyi ilə vidalaşıb.
Bu gün Bakı vaxtı ilə 21:15-də daha bir boksçumuz mübarizəyə qoşulacaq. Orxan Əliyev (60 kq) Sofiyada ilk görüşünü serbiyalı Florian Saboya qarşı keçirəcək.
Qeyd edək ki, dünya birinciliyi yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.