Rüfət Hüseynov yarımfinala vəsiqə qazandı
21 aprel 2014 16:16

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində ¼ final mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, ilk olaraq, bolsçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov rinqə çıxıb.
Həmyerlimiz gərgin mübarizədə amerikalı Niko Hernandezi məğlub edib - 2:1. Beləliklə, boksçumuz yarımfinala vəsiqə qazanaraq, dünya birinciliyinin medalını özünə təmin edib.
Bu gün daha 4 boksçumuz rinqə çıxacaq:
64 kq: Cavid Quliyev - Vinçenzo Areççia (İtaliya)
91 kq: Şükran Mehdiyev - Toni Filipi (Xorvatiya)
52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)
91+kq: Məhəmmədəli Tahirov - Marat Kerimxanov (Rusiya)
91 kq: Şükran Mehdiyev - Toni Filipi (Xorvatiya)
52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)
91+kq: Məhəmmədəli Tahirov - Marat Kerimxanov (Rusiya)