Cavid Quliyev və Şükran Mehdiyev mübarizəni dayandırdı
21 aprel 2014 18:11
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında boks üzrə dünya birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, Rüfət Hüseynovdan sonra daha 2 boksçumuz ¼ final mərhələsinin döyüşlərini keçirməli idi.
Ancaq gənclər arasında Avropa çempionu Cavid Quliyev xəstələndiyindən İtaliya boksçusu Vinçenzo Areççia ilə döyüşə çıxa bilməyib.
91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev isə xorvatiyalı Toni Filipiyə uduzaraq, mükafatçılar sırasına düşə bilməyib - 1:2.
Axşam proqramında daha 2 boksçumuz rinqə çıxacaq.