Daha bir boksçumuz dünya birinciliyində yarımfinala vəsiqə qazandı
21 aprel 2014 20:28
Daha bir boksçumuz dünya birinciliyində yarımfinala vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə Bolqarıstan idmançısı Daniel Asenovu məğlub edib.
Beləliklə, milli komandamızın üzvü dünya birinciliyinin medalını özünə təmin edib. Bu gün gecə saatlarında Məhəmmədəli Tahirov rinqə çıxacaq.