WSB-nin finalı Azərbaycanda olacaq
7 may 2014 16:00
Ümumdünya Boks Seriyasının cari mövsüm üçün finalı Azərbaycanda keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq WSB bu barədə qərar qəbul edib.
Final may və ya iyunda ayında baş tutacaq. Final 2 görüşdən ibarət olacaq. Həlledici görüşdə ölkəmizin Baku Fires və Kubanın Cuba Domaderos klubları qarşılaşacaq. Yaxın günlərdə finalın paytaxtda və ya regionda keçiriləcəyi məlum olacaq.