Baku Fires-in final görüşünün vaxtı məlum oldu
16 may 2014 12:12
Ümumdünya Boks Seriyasının final görüşünə vəsiqə qazanmış "Baku Fires"in həlledici görüşünün vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, final iyunun 6-sı və 7-də Sərhədçi Olimpiya İdman Mərkəzində keçiriləcək.
Həlledici görüşdə Baku Fires Kubanın "Cuba Domadores" komandası ilə qarşılaşacaq. Reqlamentə əsasən, final iki görüşdən ibarətdir. Hər görüşdə boksçular beş çəki dərəcəsində mübarizə aparacaqlar.