AIBA prezidenti Bakıya gələcək
20 may 2014 13:40
Ümumdünya Boks Seriyasının final görüşündə iştirak etmək üçün AIBA prezidenti Çunq Kuo Vu Bakıya gəlməyi planlaşdırır. Azerisport. az xəbər verir ki, turnirin final görüşlərində AIBA rəhbərliyi ilə yanaşı bir sıra digər rəsmilər də olacaq.
Final görüşü eyni zamanda dünyanın 10-a yaxın ölkəsində canlı yayımlanacaq. Turnirin finalının Bakıda keçirilməsi ilə bağlı rəsmi müqavilə mayın 23-də imzalanacaq.
Qeyd edək ki, final görüşləri iyunun 6-ı və 7-də Sərhədçi OİK-də keçiriləcək. Final 19:30-da başlayır.
Qeyd edək ki, final görüşləri iyunun 6-ı və 7-də Sərhədçi OİK-də keçiriləcək. Final 19:30-da başlayır.