AIBA prezidenti Bakıya gəlir
2 iyun 2014 11:00
AIBA prezidenti Çunq Kuo Vu iyunun 4-də Bakıya gələcək. Azerisport.az xəbər verir ki, səfərdə məqsəd, Ümumdünya Boks Seriyasının final görüşünü izləməkdir.
Səfər zamanı AIBA prezidenti jurnalistlərlə də görüşəcək.
Qeyd edək ki, “Baku Fires” - “Cuba Domadores” klublarının mübarizə aparacağı final görüşü iyunun 6-sı və 7-də Sərhədçi Olimpiya İdman Mərkəzində keçiriləcək.