Daha bir boksçumuz qələbə qazandı
3 iyun 2014 17:00
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən boks üzrə Avropa çempionatında milli komandamızın daha bir üzvü qələbə qazanıb. Azerisport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan Anaxanım Ağayeva Almaniya təmsilçisi Sara Bormanı məğlub edib.
Boksçumuz 1/4 finalda Vassila Lxadiri ilə qarşılaşacaq.
Qeyd edək ki, iki boksçumuz - Yelena Vıstropova (69 kq) və Leyla Cavadova (75 kq) artıq qitə çempionatının ən azı bürünc medalını özlərinə təmin ediblər.