Nuripaşa Talıbov: Dönüş etmək mümkündü
7 iyun 2014 00:23
"Baku Fires" komandasının baş məşqçisi Nuripaşa Talıbov azerisport.az saytına açıqlamasında ilk final görüşü haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çətin oldu. Gözlədiyimiz hesab olmadı. Biz qələbə qazanmaq istəyirdik. İndiki halda biz ilk görüşü unudub, ikinci final görüşünə hazırlaşmalıyıq. Şanslar var. Bizi daha 5 görüş gözləyir. 2-3 hesablı məğlubiyyətdən sonra dönüş etmək mümkündü. Boksçularıma inanıram. Ümid edirəm ki, ikinci final görüşü istədiyimiz kimi keçəcək. Rəqib güclüdür, amma biz də zəif deyilik".