Vest Hemlə Fiorentinanın sabiq futbolçusuna Azərbaycandan dəvət var
7 iyun 2014 01:00
Almaniyanın gənclərdən ibarət yığmasının sabiq üzvü Savio Nsereko bəyan edib ki, onunla iki Azərbaycan klubu maraqlanır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məni Azərbaycana çağırırlar. Mənimlə iki klub maraqlanır. Bunu dəqiq bilirəm. Menecerimlə artıq danışıblar. "Atırau"nu özüm tərk edirəm. Bu, yüz faizdi. Amma Azərbaycana gedib-getməyəcəyimi bilmirəm".
Qeyd edək ki, Nsereko "Vest Hem", "Fiorentina", "Bolonya", "Münhen 1860", "Viktoriya" və digər komandalarda çıxış edib.