Gələn mövsüm WSB və APB-də 63 lisenziya oynanılacaq
7 iyun 2014 11:00
AIBA prezidenti Cunq Kuo Vu noyabrda keçiriləcək quruma növbəti prezidenti seçkilərində namizədliyini irəli sürəcək. Azerisport.az xəbər verir ki, bu açıqlamanı AIBA rəhbəri Bakıda keçirdiyi mətbuat konfransında verib:
"Namizədliyimi irəli sürəcəyəm. Əsas məqsədlərdən biri qadın boksunun daha böyük tərkibdə olimpiadada təmsil olunması olacaq. Fikrimcə, başladığım işləri yekunlaşdırmalıyam. Bir çox federasiya rəhbərləri də mənim növbəti 4 ildə seçilməyimi istəyir".
AIBA prezidenti yeni mövsüm WSB və APB-də ümumilikdə olimpiadaya 63 lisenziyanın oynanılacağını bildirib.
AIBA prezidenti yeni mövsüm WSB və APB-də ümumilikdə olimpiadaya 63 lisenziyanın oynanılacağını bildirib.