Rolando Asebal: Arxayınlaşmaq olmaz
7 iyun 2014 11:11
“Cuba Domadores” klubunun baş məşqçisi Rolando Asebal azerisport.az saytına açıqlamasında ilk final görüşündən danışıb:
"3:2 hesablı qələbə rahat nəfəs almağa imkan verməli deyil. Azərbaycan təmsilçisi yaxşı boksçulara malikdir. Fikrimcə, onlar ən güclüləri ikinci günə saxlayıb. Ona görə biz arxayınlaşmalı deyilik. İlk mövsüm çıxış etməyimizə baxmayaraq, çempion olmaq istəyirik. Bir qədər yorğunluq var. Bakıya iki gün yol gəlmişik. Amma qələbə qazanmağa gücümüz çatmalıdır. Əsası, işin yarısını həll etmişik".