Məcidov finaldan imtina etdi
7 iyun 2014 11:33
ikiqat dünya və Avropa çempionu Məhəmmədrəsul Məcidov Bakıda keçirilən Ümumdünya Boks Seriyasının finalında iştirak etmək istəməyib. Azerisport.az xəbər verir ki, bu açıqlamanı “Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev jurnalistlərə açıqlamasında deyib:
"Məcidov 8 aya yaxın məşq etməyib. Ardınca bəzi problemlər çıxdı. Biz onu finaldakı heyətə daxil edəcəkdik. Onunla Əbdülqədir Abdullayev arasında yoxlama görüşü baş tutmalı idi. Lakin Məcidov məşqçilərə yaxınlaşaraq, münasib formada olmadığını və buna görə finalda yüksək səviyyədə iştirak edə bilməyəcəyini dedi. Bundan sonra onun adı heyətə daxil edilmədi".