Baku Fires 2-ci finalda da məğlub oldu
8 iyun 2014 00:05

Ümumdünya Boks Seriyasında (WSB) Azərbaycanın “Baku Fires” və Kubanın “Cuba Domaderos” komandaları arasında final mərhələsinin ikinci görüşü baş tutub. Azerisport.az xəbər verir ki, ilk qarşılaşmada olduğu kimi, həlledici dueldə də komandamız məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, bir gün öncə “Baku Fires” və “Cuba Domaderos” arasında keçirilmiş ilk görüşdə qonaq komanda 3:2 hesablı qələbəyə sevinmişdi.
52 kq. Elvin Məmişzadə – Xerardo Servantes - 3:0
60 kq. Albert Səlimov - Lazaro Salvares - 2:1
69 kq. Məhəmməd Nuruddinov - Roniell İqlesias Soqolonqo - 0:3
81 kq. Mixail Dolqolevets - Xulio Sezar de la Krus - 0:3
+91 kq. Arslanbek Mahmudov - Xose Larduet - 2:1
Əlavə döyüş
69 kq. Yevgeni Ramaşkeviç - Anisnoidis Despain - 0:3