Yevgeniy Romaşkeviç həlledici məğlubiyyətdən danışdı
8 iyun 2014 15:33
"Baku Fires" klubunun boksçusu Yevgeniy Romaşkeviç azerisport.az saytına açıqlamasında Ümumdünya Boks Seriyasının finalında "Cuba Domadores"in idmançısına məğlubiyyəti barədə danışıb:
"İlk iki raundu yaxşı səviyyədə keçirdim. Sadəcə? sonra güclü zərbələr vurmaqda çətinlik çəkdim. Hiss edirdim ki, əlavə görüşə ehtiyac qalacaq və mən rinqə çıxacağam. 40 dəqiqə əvvəldən isinmə hərəkətləri etməyə başladım. Sözsüz, bu hamısı mənə təsirsiz ötüşmədi. Güc itirdim və döyüş zamanı özümü bərpa edə bilmədim. Digər tərəfdən, həlledici görüşdə azarkeşlərin diqqətinin məndə olması, hər şeyin bu görüşdən asılı olması psixoloji təsir etdi. Rəqib güclü idi, amma məğlubedilməz deyildi. Çox təəssüf ki, alınmadı. İnanın, rinqdə çox çalışdım. İkinci yeri tutmaq özü də, pis nəticə deyil. Amma qalib olmaq, daha yaxşı nəticədir".
Qeyd edək ki, “Baku Fires” və “Cuba Domadores” arasında iki final görüşü komandamızın eyni hesablı məğlubiyyəti ilə (2:3, 2:3) başa çatıb. Həlledici görüşdə Yevgeniy Romaşkeviç Anisdoyis Despayinə uduzub.