Cuba Domadoresin baş məşqçisi: Bu, Kuba boksunun qələbəsidir
8 iyun 2014 15:44
"Cuba Domadores" klubunun baş məşqçisi Rolando Asebal azerisport.az saytına müsahibəsində Ümumdünya Boks Seriyasının finalında "Baku Fires" komandasını məğlub etmələrindən danışıb:
"Final çox möhtəşəm alındı. Təşkilatçılara təşəkkür edirəm. Bizi çox yaxşı qarşıladılar. İlk final görüşündən sonra arxayınçılıq yaranmadı. “Baku Fires” boksçuları cavab görüşünə yaxşı hazırlaşmışdı. Ümumi hesab bərabər olanda Despayinə ümidim çox idi. O, həm yaxşı boksçudur, həm də rəqibi yaxşı öyrənmişdi. Güclü azarkeş dəstəyimiz olmasa da qalib gəldik. Bu layiqli qələbə idi. Bu həm də Kuba boksunun qələbəsidir. Azərbaycanda çıxış edən kubalı voleybolçulara təşəkkür edirəm. Onlar bizi tək qoymadılar".