Yelena Vıstropova Avropa çempionluğundan danışdı
9 iyun 2014 13:33
Boks üzrə Avropa çempionu Yelena Vıstropova azerisport.az saytına açıqlamasında Rumıniyada keçirilən qitə birinciliyində qalib gəlməsindən danışıb:
"Çox sevinirəm ki, qızıl medal qazanmışam. Bu həm də Azərbaycan boks tarixində qadınların qitə birinciliyində ilk qızıl medaldır. Bütün görüşlərim çətin keçdi. Final daha çətin oldu. Rəqibin uzun əlləri var idi. Bu müəyyən problemlər yaradırdı. Avropa çempionu olandan sonra növbəti hədəf dünya çempionatıdır. İndi noyabrda keçiriləcək dünya çempionatında qızıl medal qazanmaq istəyirəm".