Fariz Məmmədov erməni ilə döyüşə bilər
Oktyabrda start götürəcək APB (AİBA Professional Boxing) turnirində daha bir çəki dərəcəsində boksçuların adları məlum olub. Azerisport.az xəbər verir ki, həmyerlimiz Fariz Məmmədovun da mübarizə aparacağı 69 kq çəki dərəcəsində 8 idmançı Olimpiya lisenziyası uğrunda güclərini sanayacaqlar.
Bu çəki dərəcəsinin əsas favoritlərindən biri London Olimpiadasının bürünc, dünya çempionatının gümüş mükafatçısı rusiyalı Andrey Zamkovoydur. 34 yaşlı Fariz Məmmədov 69 kq çəki dərəcəsinin ən yaşlı idmançısıdı. Bu çəkidə ən gənc idmançı isə Almaniyanı təmsil edən milliyətcə erməni olan Arajik Marutyandı. Onun 19 yaşı var.
Andrey Zamkovoy (Rusiya) - 27 yaşı var. London Olimpiadasının bürünc mükafatçısı, 2009-cu il (Milan) dünya çempionatının gümüş mükafatçısı.
Arajik Marutyan (Almaniya) – 19 yaşı var. 2013-cü il (Almatı) dünya çempionatının bürünc mükafatçısı, 2013-cü il Avropa çempionatının (Minsk) gümüş mükafatçısı.
Denis Lazarev (Ukrayna) – 24 yaşı var. 2007-ci il (Serbiya) yeniyetmələr arasında Avropa birinciliyinin qalibi.
Fariz Məmmədov (Azərbaycan) – 34 yaşı var. WBO Avropa kəmərinin sahibi.
Gyula Kate (Macarıstan) – 32 yaşı var. 2003-cü il (Banqkok) dünya çempionatının, 2009-cu il (Milan) dünya çempionatının bürünc mükafatçısı.
Markos Nader (Avstriya) – 24 yaşı var.
Onur Sipal (Türkiyə) – 25 yaşı var. 2008-ci il Pekin Olimpiadasının iştirakçısı, 2013-cü il tələbələrin Universiadasının (Kazan) bürünc mükafatçısı.
Rayton Okviri (Keniya) – 28 yaşı var. 2011-ci il Afrika oyunlarının bürünc mükafatçısı.