6 boksçumuz 1/4 finalda
Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, ötən gün bir çox çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçirilib. Milli komandamızın 6 üzvü 1/4 finalda gücünü sınayacaq.
57 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov İngiltərə idmançısı Rayan Qarneri məğlub edib – 2:1. Boksçumuz 1/4 finalda şotlandiyalı Kallum Stüartla qarşılaşacaq.
Pərviz Quliyev də (63 kq) növbəti mərhələyə vəsiqə əldə edib. Millimizin üzvü Gürcüstan təmsilçisi Sekerxan Madiyev üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz 1/4 finalda macarıstanlı Mark Kontreçlə üz-üzə gələcək. Süleyman Məhərrəmov (54 kq), Seymur İsayev (60 kq), Elxan Əliyev (66 kq) və Ramazan Abdullayev (52 kq) isə 1/8 finalda uduzaraq, mübarizəni dayandırıblar.
Qeyd edək ki, 80+kq çəki dərəcəsində Məhəmməd Abdullayev artıq yarımfinala vəsiqəni təmin edib.
Boksçularımızın 1/4 finaldakı rəqibləri:
46 kq: Ruslan Rüstəmov – Pavel Ryasni (Rusiya)
48 kq: Malik Həsənov – Nikita Piskunov (Rusiya)
57 kq: Bəxtiyar Qazıbəyov – Kallum Stüart (Şotlandiya)
63 kq: Pərviz Quliyev – Mark Kontreç (Macarıstan)
70 kq: Rasim Çobanlı – Nikita Krasnabayev (Belarus)
75 kq: Hacı Dilbazov – İvan Çubrevçev (Ukrayna)