Məcidov qayıdır
İkiqat dünya çempionu Məhəmmədrəsul Məcidov AİBA Pro Boxing turnirinin ikinci turunda iştirak edə bilər. Azerisport.az xəbər verir ki, boksçu artıq sağalıb və hazırda məşqləri davam etdirir.
Azərbaycan Boks Federasiyası Məcidovun xəstə olduğuna görə ilk turda iştirak etməməsiylə bağlı AİBA-ya məktub ünvanlayıb. Ali boks qurumunun idmançımıza ikinci turda iştiraka icazə verəcəyi gözlənilir. Digər boksçumuz Fariz Məmmədov isə noyabrın 29-30-da keçiriləcək ikinci turda iştirak etməyəcək. Buna səbəb Məmmədovun burnundakı zədəsinin tam sağalmamasıdır. Həkimlər Fariz Məmmədova ən azı 2 ay rinqə çıxmamağı məsləhət görüb.
Qeyd edək ki, AİBA Pro Boxing turnirində iştirak edən dünya çempionu Cavid Çələbiyevin döyüşlər Argentinada, Məcidovla Məmmədovun təmsil olunduğu çəkidəki görüşləri isə ölkəmizdə keçirilir.