Çələbiyev də qalib gəldi
1 dekabr 2014 13:39

AİBA Pro Boxing turnirində mübarizə aparan daha bir boksçumuz 2-ci turda qalib gəlib. Azerisport.az xəbər verir ki, öz döyüşlərini Argentinada keçirən 56 kq çəki dərəcəsində çıxış edən dünya çempionu Cavid Çələbiyev rinqi qələbə ilə tərk edib.
Həmyerlimiz Türkiyə boksçusu Səlcuk Eker üzərində qələbə qazanıb – 3:0 (54:60, 56:58, 55:59).
Digər görüşlərdə keniyalı Benson Njangiru venesuelalı Yoni Blankonu, braziliyalı Robenilson Vieyra çinli Jiavei Janqı, argentinalı Alberto Melian isə Fransa nümayəndəsi Xedafi Djelxiri məğlub edib.
Xatırladaq ki, Çələbiyev ilk görüşdə braziliyalı Robenilson Vieyraya xal hesabı ilə uduzmuşdu.