Mahmudov-Məcidov məsələsinə ABF qərar verəcək
8 fevral 2015 15:00
"Baku Fires"in 91 kq-dan yuxarı çəkidə çıxış edən boksçusu Arslanbek Mahmudov "Poland Hussars" klubuyla görüşdə cari mövsüm ikinci qələbəsini qazanıb. Azərisport.az xəbər verir ki, Mahmudov Ümumdünya Boks Seriyasından 2016-cı ildə keçiriləcək olimpiadaya lisenziya qazanmağa iddialı boksçulardandır.
Bu çəkidə Azərbaycan yığmasının lideri ikiqat dünya və Avropa çempionu Məhəmmədrəsul Məcidov da çıxış edir. Əgər Mahmudov "Baku Fires"in heyətində olimpiadaya lisenziya qazansa, mötəbər yarışa hansı boksçunun yollanacağına Azərbaycan Boks Federasiyası qərar verəcək.
İstisna deyil ki, boksçular arasında sparrinq görüş baş tutacaq.