Rizvan Gənciyev: İki nokaut layiqli qələbə qazandığımızı göstərir
"Baku Fires" boks klubunun baş meneceri Rizvan Gənciyev "Casiques Venesuela" komandası üzərində 5:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında klub rəhbəri komandanın layiqli olaraq uğur qazandığını deyib:
"Bu gün iki nokaut qeydə alındı. Əsas məqsəd qələbə qazanmaq idi. Boksçularımız yarışa yüksək səviyyədə hazırlaşdıqlarını sübut etdi. Qazanılan qələbə münasibətiylə komandanı təbrik edirəm. Bu uğur bütün federasiyamızın qələbəsidir. Bildiyiniz kimi, Azərbaycan Boks Federasiyasının rəhbərliyi komandamız üçün hər cür şərait yaradıb. Onlara təşəkkür edirəm. Cari mövsüm əsas məqsəd mümkün qədər çox lisenziya qazanmaqdır. Əsas vəzifə 2016-cı ildə Braziliyada keçiriləcək olimpiadaya vəsiqə əldə etməkdir. Lisenziya qazanmayanlar özləri digər yarışlarda sınayacaq. Qarşıda bizi daha bir neçə çətin görüş gözləyir. Hər bir görüşə qələbə üçün çıxacayıq. Dəstəyə görə azarkeşlərə təşəkkür edirik".