"Məğlubiyyəti, iki nokautu gözləmirdim"
15 mart 2015 12:45
Quba Olimpiya Kompleksində "Baku Fires" komandasına 0:5 hesabıyla uduzan Venesuellanın boks klubu "Casiques Venezuela"nın baş məşqçisi Omar Koffi məğlubiyyət haqda fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları deyib:
"Müəyyən mənada 4-cü görüşdə məğlubiyyəti gözləmirdik. Amma yerli komandanın layiqli qələbə qazandığını qeyd etməliyəm. Səfərə nisbətən gənc boksçularla gəlmişdik. Bəzi idmançılarımızı sınamaq istəyirdik. Əvvəlcədən demişdim ki, bizi Qubada çox çətin görüş gözləyir. İki nokaut olacağını gözləmirdim. Bu mənada mənim üçün gözlənilməz oldu. Ağır çəkidə məğlub olan boksçumuzun vəziyyətinin normal olduğunu deməliyəm. Venesuelada qələbə qazanmışdıq, səfərdə məğlub olduq".