Nurupaşa Talibov: Qalan görüşlərdə də qələbə üçün rinqə çıxacağıq
"Baku Fires" klubunun baş məşqçisi Nuripaşa Talıbov "USA Nocauts" komandası üzərində 5:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Görüş bir qədər çətin başladı. İlk iki görüşdə boksçularımız müəyyən mənada həyəcanlı görünürdü. Albert Səlimov rəqibə qarşı yaxşı hazırlaşsa da startda fərqli mübarizə sərgilədi. Yaxşı ki, ikinci raundun əvvəlində artıq özünü tapdı və yaxşı mübarizəylə layiqli qələbə qazandı. Bütün boksçularımızdan razıyam. Pley-off haqda düşünmək istəmirik. Qarşıda bizi qrup mərhələsinin iki görüşü gözləyir. Qalan görüşlərdə də qələbə üçün rinqə çıxacağıq. Azarkeşlərə təşəkkür etmək istərdim. Onların dəstəyi bizim üçün vacibdir. Albert Səlimova gəlincə o reytinqdə birinci yerdədir, lisenziyanı demək olar ki, təmin edib. Onun gələcək görüşlərdə heyətdə olub-olmayacağı barədə düşünməliyik".