Süleyman Mikayılov Avropa Boks Konfederasiyasının İcraiyyə Komitəsinin üzvü seçildi
16 aprel 2015 18:15
Avropa Boks Konfederasiyasının (EUBC) Baş Assambleyası keçirilib. Azerisport.az xəbər verir ki, İtaliyanın Assizi şəhərində baş tutan tədbirdə EUBC-nin vitse-prezident postlarına və İcraiyyə Komitəsinə seçkilər də baş tutub.
Belə ki, öncə qurumun ikinci şəxslərinin adlarına aydınlıq gəlib. Səsverməyə əsasən, rusiyalı Vladimir Tebekin və almaniyalı Yurgen Kyuas vitse-prezidenti seçiliblər.
İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. 12 üzvdən biri Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov seçilib.
Qeyd edək ki, Mikayılov eyni zamanda, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) da İcraiyyə Komitəsinin üzvüdü.