Baku Fires Mexico Guerreros komandasına ilk görüşdə uduzdu
7 may 2015 14:45
"Baku Fires" klubu 1/4 final mərhələsinin ilk görüşündə "Mexico Guerreros" komandası ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, Quba Olimpiya Kompleksində keçirilən qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandamız bu dəfə daha çox gənc boksçuların xidmətlərindən yararlanıb.
49 kq. Rəsul Saliyev - Velazkes Altamirano Jozelito 0:3 (44:50, 46:49, 45:49)
56 kq. Yaraş Maqomedov - Çirino Sançez Serxio Alfredo 0:3 (47:48, 46:49, 47:48)
64 kq. Zaur Abdullayev - Kuriel Qarsiya Raul 0:3 (44:50, 45:50, 46:49)
75 kq. Jaba Xositaşvili - Rodriqes Olivas Mişel Uriel 3:0 (49:46, 48:46, 48:47)
91 kq. Leonid Çernobayev - Kastillo Torres Julio Sezar 0:3 (47:48, 47:48, 46:49)
Bu gün komandalar ikinci görüşə çıxacaqlar.