Baku Fires növbəti mövsümdə qadın boksçularla da mübarizə aparacaq
8 may 2015 00:10
Ümumdünya Boks Seriyasının yeni mövsümü noyabrda start götürəcək. Azerisport.az xəbər verir ki, 2015/16 mövsümündə 20 komandanın iştirak edəcəyi gözlənilir.
Yeni mövsümdən çəkilərin sayı artırılacaq. Yeni əlavə olunacaq iki çəkidə qadın boksçular mübarizə aparacaq.
Yeni mövsüm haqda yekun qərar mayın sonlarında açıqlanacaq.