İbrahimovla Məmmədov qalib gəldi
15 may 2015 16:15
Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunan boks üzrə beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, sayca 7-ci dəfə keçirilən yarışda 16 ölkənin 100-ə yaxın dəri əlcək ustası mübarizə aparır.
Turnirin ikinci günündə rinqə çıxan hər iki idmançımız qələbə qazanıb. 52 kq çəki dərəcəsində çıxış edən İbrahim İbrahimov Qazaxıstan nümayəndəsi Saqındıq Moldaşev üzərində qələbə qazanıb. 2013-cü ilin yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Nəsrəddin Məmmədov (60 kq) rusiyalı Mixail Varlamovu mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, yarışa mayın 17-də yekun vurulacaq.