İlk rinqə çıxan boksçumuz rusiyalı rəqibi ilə bacarmadı
17 may 2015 15:30
Çin Xalq Respublikasının Taypey şəhərində yeniyetmə və gənc qızlar arasında dünya birinciliyinə start verilib. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi İlham Alimcanovun rəhbərliyi altında 3 boksçu təmsil edir.
Turnirin ilk günündə 51 kq çəki dərəcəsində mübarize aparan Viktoriya İsmayılova rinqə çıxıb. Boksçumuz rusiyalı Qeluisa Qaliyevaya uduzaraq, yarışdan kənarda qalıb - 0:3.
Digər boksçularımız hələ ilk döyüşlərini keçirməyiblər.