İbrahim İbrahimov finalda!
17 may 2015 18:00
Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunan boks üzrə beynəlxalq turnirdə finalçılar məlum olub. Azerisport.az xəbər verir ki, sayca VII dəfə keçirilən yarışda 16 ölkənin 100-ə yaxın dəri əlcək ustası mübarizə aparırdı.
Həlledici görüşə vəsiqə qazananlar arasında bir həmyerlimiz də var. 52 kq çəki dərəcəsində çıxış edən İbrahim İbrahimov yarımfinalda koreyalı Kim Jae Kyonq üzərində qələbə qazanıb. Boksçumuz finalda özbəkistanlı Abdurjon Kadırovla qarşılaşacaq.
60 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov isə yarımfinalda Monqolustan nümayəndəsi Otqondalal Dorjuambuya uduzaraq, bürünc medalla kifayətlənib.