Malikovla Abdullayev qələbə qazandı
18 may 2015 11:00
Ukraynanın Lvov şəhərində yeniyetmələr arasında Avropa birinciliyinə start verilib. Azerisport.az xəbər verir ki, komandamız yarışda baş məşqçi Rasim Məmmədovun rəhbərliyi altında 12 boksçu ilə təmsil olunur.
Yarışın ikinci günündə rinqə çıxan hər iki boksçumuz qələbə qazanib. Səid Malikov (70 kq) moldovalı Vadim Risiuçu məğlub edib - 3:0. Məhəmmed Abdulllayev ise (80+) ilk görüşde belaruslu Dmitri Triyanovu 1-ci raundda texniki nokautla üstələyib.