Məcidov Mərakeşdə qələbə qazandı
7 iyun 2015 18:00
İkiqat dünya, Avropa çempionu Məhəmmədrəsul Məcidov AİBA Pro Boxing turnirində növbəti görüşünü keçirib. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvü Mərakeşdə yerli boksçu Məhəmməd Arjaou ilə qarşılaşıb.
8 raundluq döyüşdən sonra hakimlər Məcidovun qələbəsini qeydə alıblar - 2:0 (78:74, 78:73, 76:76). Boksçumuz növbəti görüşünü rusiyalı Maqomed Omarovu məğlub edən Rumıniya idmançısı Mixay Nistora qarşı keçirəcək.
Cavid Çələbiyev isə iyunun 7-de Çində argentinalı Albero Melianla üz-üzə gələcək.