Elvin Məmişzadənin Avropa Oyunlarındakı ilk rəqibi müəyyənləşdi
16 iyun 2015 13:20

Milli komandamızın üzvü Elvin Məmişzadənin (52 kq) Avropa Oyunlarının 1/8 final mərhələsindəki rəqibi məlum oldu. Azerisport.az xəbər verir ki, həmyerlimiz iyunun 20-də İrlandiya boksçusu Myles Kaseylə qarşılaşacaq.
Kasey 1/16 final mərhələsində Belarus təmsilçisi İvan Fiqurenkanı məğlub edib - 3:0.
Məmişzadə 21 yaşlı rəqibini yaxşı tanıyır. Belə ki, İrlandiya komandası Bakıda boksçularımızla birgə təlim məşq toplanışı keçib.