Məmişzadə dünya çempionu oldu, Səlimov gümüş medalla kifayətləndi
Qətərin paytaxtı Dohada təşkil olunan boks üzrə dunya cempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, ötən gecə final görüşləri baş tutub.
Bu mərhələdə Azərbaycanın da iki bokçusu rinqə çıxıb. Öncə 52 kq çəki dərəcəsində yarışan Elvin Məmişzadə kubalı Yosbani Veytya ilə münasibətlərinə aydınlıq gətirib. O, bu rəqibinə də qalib gələrək, dünya çempionu olub.
60 kq çəkidə mübarizə aparan Albert Səlimov da kubalı boksçu ilə - Lazaro Alvareslə qarşılaşıb. Təəssüf ki, Elvindən fərqli olaraq, Albert kubalıya qalib gələ bilməyib. Daha doğrusu, 2-ci raundda Azərbaycan boksçusu zədələndiyindən, rəqibə qələbə verilib. Bu üzdən də Məmişzadə mundialı gümüş medalla başa vurub.
Qeyd edək ki, Azərbaycan boksçularından Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) də dünya çempionatında bürünc medal qazanıb.