Yalnız bir boksçumuz finala çıxdı, üçü bürünc medalla kifayətləndi
22 noyabr 2015 18:00
Qazaxıstanın Atırau şəhərində keçirilən boks üzrə qadınlar arasında beynəlxalq turnirdə finalçılar məlum olub. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvü Anna Əlimərdanova (54 kq) yarımfinalda rusiyalı Kuleşova üzərində qələbə qazanıb - 2:1.
Boksçumuz həlledici görüşdə qazaxıstanlı Jolamanla üz-üzə gələcək.
Milli komandamızın 3 üzvü isə bürünc medalla kifayətləniblər. Yana Alekseyevna (60 kq), Məryəm Cəbrayılova (64 kq) və Aynur Rzayeva (+81 kq) yarımfinalda uduzaraq, 3-cü olublar.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.