Azərbaycan Xorvatiya və Hindistana qalib gəldi

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün 7-ci tur baş tutub.
Azerisport.az xəbər verir ki, sentyabrın 9-da kişilərdən ibarət əsas millimiz Xorvatiya ilə qarşılaşmada qələbəyə sevinib. İkinci komandamız Venesuela ilə heç-heçə edibsə, üçüncü yığmamız eşitmə qabiliyyəti zəif olan şahmatçılar ittifaqının (ICCD) komandasına uduzub.
Qadınlardan ibarət əsas yığmamız Hindistanla üz-üzə gəlib və qələbəyə sevinib. İkinci komandamız Belarusla, üçüncü yığmamız isə Boliviyaya qalib gəlib.
7-ci tur
Kişilər
Xorvatiya (2619) - Azərbaycan-1 (2705) - 0,5:3,5
İvan Sariç (2668) - Şəhriyar Məmmədyarov (2761) - 0,5:0,5
Miladan Palas (2623) - Teymur Rəcəbov (2722) - 0:1
Zdenko Kozul (2622) – Rauf Məmmədov (2666)- 0:1
Ante Brkiç (2584) - Eltac Səfərli (2688) - 0:1
Azərbaycan-2 (2576) – Venesuela (2428) - 2:2
Vasif Durarbəyli (2612) – Eduardo Bonelli (2650) - 0.5:0.5
Ülvi Bacarani (2509) – Xose Rafael Noqal (2436) - 0:1
Qədir Hüseynov (2625) – Vilson Morales (2378) - 1:0
Namiq Quliyev (2577) – Daniel Marin (2434) - 0.5:0.5
Azərbaycan-3 (2350) – ICCD (2312) - 1.5:2.5
Vüqar Əsədli (2406) – Yehuda Qruenfeld (2451) - 1:0
Nail Bəşirli (2387) - Duilio Kollutiis (2441) - 0:1
Abdulla Qədimbəyli (2294) – Vladimir Klasan (2401) - 0.5:0.5
Pərviz Qasımov (2323) – Enxbayar Yançivnyambuu (2049) - 0:1
Qadınlar
Azərbaycan-1 (2320) – Hindistan (2403) - 2.5:1.5
Zeynəb Məmmədyarova (2295) – Dronavalli Harika (2542) - 0.5:0.5
Günay Məmmədzadə (2361) – Rout Padmini (2408) - 1:0
Gülnar Məmmədova (2304) – Saçdev Tania (2402) - 1:0
Aydan Höccətova (2339) – Svaminazan Soumya (2379) - 0:1
Azərbaycan-2 (2248) – Belarus (2196) - 3.5:0.5
Türkan Məmmədyarova (2304) – Nastassya Ziaziulkina (2382) - 0,5:0.5
Nərmin Xələfova (2219) – Olqa Bedelka (2222) - 1:0
Ülviyyə Fətəliyeva (2234) – Yekaterina Boqdan (2120) - 1:0
Nərgiz Umudova (2247) – Tatyana Revo (2087) - 1:0
Azərbaycan-3 (2016) – Boliviya (1997) - 2.5:1.5
Nərmin Məmmədova (2230) – Mariya Ramires (2104) - 1:0
Xanım Balacayeva (2147) – Natali Monro (2105) - 0.5:0.5
Gövhər Beydullayeva (1994) – Lusia Estrada (1941) - 0.5:0.5
Ayan Allahverdiyeva (1780) – Cessika Molina (1883) - 0.5:0.5