Topaz`da 1 manat qoydu, 6600 qazandı
8 aprel 2011 02:21

"Topaz" mərc oyununda növbəti böyüş uduşlar qeydə alınıb. Azerisport.az xəbər verir ki, aprelin 5-də bir variant 7350, digəri isə 6621 manat qazanıb.
Belə ki, bir proqnozsevər iki oyuna Rumıniya çempionatının "Gloria" - "Universitatea" oyununa və Çempionlar Liqasının "İnter" - "Schalke" matçına 150 manat pul qoyuluşu edib. Nəticədə 7350 manat qazanıb. Ən çox maraq doğuran isə digər bir şəxsin cəmi 1 manat pul qoyuluşu edildiyi halda, bu qədər pula sahib çıxması olub.