Topaz: Qarabağ və AZAL cütün favoritidi
29 iyun 2011 12:17

Topaz bukmeker kontoru Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz digər oyunlarla yanaşı, ölkəmizi bu mərhələdə təmsil edəcək “Qarabağ” və AZAL-ın da şanslarını dəyərləndirib.
Belə ki, Topaz Belarus “Minsk”i ilə evdə qarşılaşacaq AZAL-ı bu cütün favoriti hesab edir. Elə səfərdə oynamasına baxmayaraq, “Qarabağ” da Litva “Banga”sı ilə görüşdə aşkar favorit kimi göstərilib. Hər halda ümid edək ki, klublarımız onlara olan bu inamı doğrulda biləcəklər.
Komandalarımızın oyunlarına qoyulan əmsallar isə belədi:
AZAL – Minsk 2,10 3,20 2,70
Banga – Qarabağ 4,60 3,40 1,55
Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin digər oyunları ilə tanış olmaq üçün Topaz-ın rəsmi saytına müraciət edə bilərsiz.