Topazda növbəti böyük məbləğli uduş (FOTO)
5 iyul 2011 15:07

"Topaz" milli bukmeyker kontoru həftənin böyük uduşunu açıqlayıb. Azerisport.az xəbər verir ki, ötən həftə bir proqnozsevər böyük məbləğdə uduşu əldə edib.
Həmin şəxs üç oyuna - 7,752 əmsala 400 manat pul qoyuluşu edib. Hər üç qarşılaşmada proqnozlaşdırılan nəticələr qeydə alınıb və nəticədə kuponun sahibi 3100 manat qazanıb.